Köçəryan Zəngəzurun Azərbaycana qaytarılmasından danışdı

28 Yanvar 2021 15:50 Hadisə 9 392
Köçəryan Zəngəzurun Azərbaycana qaytarılmasından danışdı

Robert Koçaryan parlament seçkilərinə qatılacaq.

o, bu barədə ötən gün verdiyi geniş müsahibə zamanı söyləyib.

“Əgər növbədənkənar seçkilər keçirilsə, iştirak etməyimiz düzgün olar. Seçkilərdə komandamla iştirak edəcəm və qalib gələcəm”-deyə Koçaryan söyləyib.

O, Ermənistan dövlətçiliyindən əsər-əlamət qalmadığını da deyib. “Rusiya süklhməramlıları azərbaycanlılar və ermənilər arasında toqquşmaların qarşısını almaq üçün gəlmişdilər.

Bu gün onlar təkcə bu funksiyanı deyil, həm də Qarabağın təhlükəsizlik təminatçısı rolunu oynayır. Bu o deməkdir ki, bizim dövlətçiliyimizin təkcə qalıqları qalıb”.

Eks-prezident Zəngəzur barədə də danışıb. “Zəngəzuru yalnız Rusiyanın himayəsi altında olduğumuz üçün itirmədik. Amma bu həmişə belə deyildi.

90-cı illərdə erməni ordusu regionda ən yüksək döyüş qabiliyyətinə malik ordu idi və Moskva ilə müttəfiqlik səviyyəsində idik. Amma bu gün o qədər zəifləmişik ki, istənilən qonşu ölkə bizi işğal edə bilər”.

Köçəryan bildirib ki, Qarabağda yolların açılması məsələsi tərəflərin münaqişənin və Qarabağın statusunun həllindən sonra razılaşdırılmalı idi:

“Ən böyük problem bunlardır: Mehri tərəf Rusiya sərhədçiləri tərəfindən idarə ediləcək və qalan bölgə üzərində də hər hansı təsirimiz olmayacaq. Mehri bölgəsinin uzunluğu 47 kilometrdir.

Azərbaycan dəmir yolundan istifadəni ümumiyyətlə mənasız etmək üçün sadəcə tarif siyasətindən istifadə edə bilər. 47 km ərazi ilə heç bir problemi həll edə bilməzsiniz, xüsusən də sizin nəzarətinizdə deyilsə”, – Köçəryan vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan istədiyini alıb və rabitə yollarında istifadə etmək üçün də təsir gücünə sahibdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı