İtkin düşən tabor komandirinin şəhid xəbəri gəldi - FOTO

24 Yanvar 2021 20:10 Hadisə 916
İtkin düşən tabor komandirinin şəhid xəbəri gəldi - FOTO

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Atəm Əliyevin şəhid olduğu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə "qafqazinfo"ya şəhidimizin qardaşı Rəşad Əliyev məlumat verib.

O bildirib ki, şəhidimizin nəşi işğaldan azad olunmuş ərazilərimizdən Gəncəyə gətirilib. Şəhid polkovnik-leytenantın cənazəsi sabah Gəncədən Ağdaşa gətirilərək Abad kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Əliyev Atəm 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib. Vətən müharibəsində taboru ilə birlikdə Murovdağın alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşüb.

Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri olan tabor komandiri Atəm Əliyevin iki övladı vətənə yadigar qaldı.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti