"Əgər məni buna görə öldürəcəklərsə, şad olaram" - VİDEO

24 Yanvar 2021 13:10 Hadisə 2 671
"Əgər məni buna görə öldürəcəklərsə, şad olaram" - VİDEO

Tanınmış erməni ziyalısı İşxan Verdyanı sülh çağırışlarına və müharibə əleyhinə fəaliyyətinə görə ölümlə təhdid edirlər.

Sportinfo.az xəbər verir ki, bu barədə onun özü "facebook" səhifəsində açıqlama verib.

Apardığı siyasi fəaliyyətə görə davakar və ekstremist ermənilərin mənəvi terroruna məruz qalan İşxan Verdyana telefon açaraq, onu ölümlə hədələyiblər.

Erməni ziyalısına deyiblər ki, Türkiyədə qətlə yetirilən Hrant Dinki əslində erməni gizli terror hörgütü qətlə yetirib. Səni də bu cür öldürəcəyik. Çünki sən də Hrant Dink kimi erməni xalqının maraqlarına qarşı fəaliyyət göstərirsən.

Ekstremist ermənilər onun yerini söyləyənlərə pul mükafatı da vəd ediblər.

İşxan Verdyan isə ona qulaq asan azərbaycanlılara müraciət edib ki, kimin Türkiyənin istintaq orqanlarında tanışı -dostu varsa, Hrant Dinklə bağlı bu iddianı araşdırsın.

Maraqlıdır ki, İ. Verdyan İrəvanda yaşayır və Ermənistanın aqressiyasına və müharibəyə qarşı açıq mübarizə aparır. Onu ölümlə hədələyənlərə erməni ziyalısı belə deyir:

"Əgər məni buna görə öldürəcəklərsə, mən şad olaram. Qoy mənim ölümüm azərbaycanlılara da kömək olsun. Qoy görsünlər təmiz və vicdanlı erməni necə olur? O erməni ki, o, digərləri kimi cinayət və qətl törətmir.

Qoy, mənim ölümüm Azərbaycanla Ermənistan arasında sülhə zəmin olsun. Mən bütün həyatımı və onun mənasını bu iki ölkə və millət arasında sülhün, barışığın yaranmasına həsr edirəm".

İşxan Verdyanın müraciəti rus dilindədir. Musavat.com həmin müraciəti təqdim edir və soydaşlarımızdan xahiş edir ki, İşxanın Facebook profilinə daxil olub, ona mədənicə, bizə yaraşan tərzdə dəstək ifadə etsinlər.

Digər Xəbərlər
Xəbər Lenti