"Paşinyan göstərdi ki, ölkəmizdə nə tarixçi var, nə də Şuşa fatehi”

23 Yanvar 2021 21:30 Hadisə 3 963
"Paşinyan göstərdi ki, ölkəmizdə nə tarixçi var, nə də Şuşa fatehi”

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni olan Mikael Minasyan erməni cəmiyyəti və siyasi elitası haqqında təəssüf dolu fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, o hamının ölkənin bir nömrəli şəxsinin Şuşanın Azərbaycan şəhəri olması haqqında etirafına susmasından gileylənib.

Minasyan deyib ki, onu narahat edən məsələ şəhərin Azərbaycana aid olmasına dair sualın cavabsız saxlanılmasıdır. Susmaq isə razılıq əlaməti sayılır:

“Bir nəfər də olsun tarixçi Paşinyana cavab vermədi. Ermənistan elmlər akademiyasının tarix institutu susur. Təhsil aldığım Puşkin adına məktəb də susur”.

Minasyan daha sonra siyahını genişləndirərək Nikolun Şuşa ilə bağlı sualına cavab verməyənlər arasında Şuşanın “erməni irsi”ndən ağız dolusu danışmış rahiblərin, Qarabağla bağlı əlyazmaları araşdıran tədqiqatçıların da olduğunu söyləyib. Bir sözlə, hamı susur, hər kəs Şuşa ilə bağlı söylənilənlərə əks-reaksiya vermir:

“Şuşaya ilk daxil olmuş tankın yanında şəkil çəkdirənlər danışmırlar. Bir zamanlar Şuşanın tutulmasını, 8 mayı qeyd edənlərin də səsi çıxmır. “Dağlarda toy” əməliyyatından danışan komandirlər də cavab vermirlərr.

Şuşanı alması ilə öyünən Jirayr Səfilyan belə susur. Siyasət aləminin də səsi çıxmır. Hətta “Artsax”(Qarabağdakı qondarma rejim-red.) prezidentləri, keçmiş xarici işlər nazirləri Nikola cavab vermədilər.

Yalnız “Facebook” istifadəçiləri, Seyran Ohanyan və Şuşanın keçmiş meri reaksiya veriblər. Nikolun bu çıxışı göstərdi ki, ölkəmizdə nə tarixçi var, nə də Şuşa fatehi. Varsa, bəs onlar hansı gün üçündür?”.

Xatırladaq ki, Nikol Paşinyan iki gün öncə parlamentdəki “hökumət saatı”nda danışıqlar prosesi zamanı azərbaycanlı qaçqınların Şuşaya qayıtmayacağı variantının olmadığını söyləmişdi. O daha sonra bildirib ki, Şuşada yaşayanların 90 faizdən çoxu azərbaycanlı olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"