Qarabağda uduzan erməni: "Etiraf etməliyəm ki…" - FOTO

13 Yanvar 2021 23:20 Hadisə 1 569
Qarabağda uduzan erməni: "Etiraf etməliyəm ki…" - FOTO

Ermənistanın Qarabağdakı döyüşlərdə iştirak etmiş Yunan-Roma güləşi üzrə olimpiya çempionu, MMA döyüşçüsü Mihran Arutyunyan ölkəsinin kapitulyasiyası haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, siyasi oyunlardan gileylənən Arutyunyan xalqın yerinə qərar verildiyini deyib. Onun sözlərinə görə, guya ermənilər sona qədər döyüşəcəklərmiş:

"Təəssüf ki, hər şeyin bizim gücümüzdə olmadığını etiraf etməliyəm. Bura ailələrimizi, qohumlarımızı və dostlarımızı qoyub gəldik. Çoxlu sayda ölən adam oldu. İndi minlərlə gəncimiz əlil qalıb. Təəssüf ki, hər şeyə biz qərar vermirik”.

Müharibə boyunca kameralara poza verməklə gündəmə gələn erməni idmançının sözlərinə görə, guya ermənilər oyuna cəlb ediliblər, onların yerinə gizli şəkildə qərar verilib.

Arutyunyan döyüşlər zamanı təxribatçı bloger Semyon Peqovla birgə videolar çəkərək dezinformasiya yaymaqla məşğul idi.

Digər Xəbərlər
Xəbər Lenti