Azərbaycanda daha 3712 koronavirusa yoluxma: 35 nəfər öldü

27 Noyabr 2020 14:50 Gündəm 399
Azərbaycanda daha 3712 koronavirusa yoluxma: 35 nəfər öldü

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 35 nəfər “COVID-19”dan vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 69 931 nəfər müalicə olunaraq sağalıb, 1 291 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 591 nəfərdir.

Ötən müddət ərzində 1 682 234 test aparılıb. Bugünkü test sayı isə 16 402-dir.

Digər Xəbərlər
Xəbər Lenti