
Azərbaycanın tanınmış futbol məşqçisi Qəhrəman Əliyevin sağlıq durumu ilə bağlı yenilik var.
Bu barədə Sportinfo.az-a onun yaxınları məlumat verib.
Bildirildiyinə görə, 8 gündür komada olan mütəxəssis, nəhayət, bu gün özünə gəlib. Lakin həkimlər onun süni nəfəsalma aparatından ayrılmasını lazım bilməyib.
Koronavirusa yoluxan çalışdırıcının daha 3-4 gün bu vəziyyətdə saxlanılması vacib sayılıb. Ondan götürülən növbəti test hələlik sağlığının qeyri-kafi olaraq qalmasını göstərib.