Bu gün Premyer Liqada ikinci tura start veriləcək. “Araz Naxçıvan” “Qəbələ” ilə qarşılaşacaq.
Ilk turda hər iki komandanın məğlubiyyətə uğramasını yada salaq.
Muxtar Respublika təmsilçisi “Turan Tovuz”a 0:3 hesabıyla yenilibsə, “qırmızı-qaralar” “Sabah” tərəfindən darmadağın edilib - 0:5.
I Liqanın son çempionu “Qəbələ”nin öhdəsindən gələrsə, iri məbləğdə pul qazanacaq. Belə ki,klubun yeni rəhbərliyi komandaya 100 min manat mükafat təyin edib.
Maraq üçün deyək ki, “Araz”ın oyunçuları açılış həftəsində 80 min manat əldə edə bilərmiş, fürsəti qaçırdılar.
SPORTİNFO.AZ