Tanınmış şirkət Premyer Liqanın yeni klubunu himayəsinə götürdü - SON DƏQİQƏ

16 İyul 2023 09:50 Gündəm 7 112
Tanınmış şirkət Premyer Liqanın yeni klubunu himayəsinə götürdü - SON DƏQİQƏ

Səkkiz ildən sonra Premyer Liqaya qayıdan “Araz Naxçıvan”ın titul sponsoru dəyişib.

“Səmaya” şirkəti Muxtar Respublika təmsilçisinin yeni baş sponsoru olub.

Tərəflər arasında uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalanıb.

“Səmayə CO LTD” MMC 2003-cü ildə Bakı şəhərində təsis edilib və Respublika Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçrilib.

”Səmayə CO LTD” MMC Nizamnaməsinə uyğun olaraq fəaliyyət dairəsini artırmaq məqsədi ilə maddi texniki bazasını genişləndirib, müasir tələblərə cavab verən quru yük daşıyan yük gəmiləri, neft məhsulları daşıyan tankerlər alıb,

2012-ci ildən gəmiçilik şirkəti kimi formalaşıb.

“Araz Naxçıvan”ın əvvəlki sponsoru “Cahan Holdinq” idi. Vüqar Abbasovun rəsmi sənəd üzərində sahibi olduğu biznes qurumu 2 il ərzində klubu himayəsində saxlayıb.

Holdinq region təmsilçisni yalnız bugünlərdə qarşı tərəfə təhvil verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...