Anası bu suala cavab verdi - Mahir hansı kluba transfer olacaq?

29 May 2024 00:40 Gündəm 3 477
Anası bu suala cavab verdi - Mahir hansı kluba transfer olacaq?

Mahir Emreli "Dinamo"dan (Zaqreb) ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə offsideplus.az məlumat yayıb.

Bildirilib ki, hücumçu iki klubla danışıq aparır. Təkliflərdən biri Azərbaycandan, digəri ölkə xaricindəndir.

Sayt məlumatı dəqiqləşdirmək üçün futbolçunun anası Elnurə Emreli ilə əlaqə saxlayıb.

Elnurə Emreli bildirib ki, Mahir indi millinin yoxlama oyunlarına hazırlaşır:

"Fikri ancaq yığmadadır. Unutmayaq ki, "Dinamo" ilə davam edən müqaviləsi var.

Hələ transfer dönəmi başlamayıb. Bu gün onun keçidi ilə bağlı dəqiq məlumat yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi