COP29

SEVİNDİRİCİ XƏBƏRİ verdi - Pensiyalarımız...

28 May 16:30 Gündəm 553
SEVİNDİRİCİ XƏBƏRİ verdi - Pensiyalarımız...

"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə əlavə və dəyişikliklər ediləcək. Büdcəyə olan dəyişikliklərə əsasən, DSMF-nin xərcləri 30 milyon manat artırılacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bunlardan 25 milyon manat əmək pensiyalarının istifadə olunması üçün istifadə olunacaq:

"Bu o deməkdir ki, 2024-cü ilin növbəti dövründə pensiyaların ödənilməsi üçün nəzərdə tutulan xərclər öncədən proqnozlaşdırılan xərclərlə müqayisədə daha çox olacaq. Bu istiqamətəə daha çox vəsait ayrılacaq.

25 milyon manatlıq vəsaitin ayrlması pensiyaların məbləğinə və ödənişlərinə necə təsir edəcəyi dəyişikliklər təsdiq olunduqdan sonra bilinəcək.

Təqdim olunan layihə göstərir ki, DSMF-nin xərclərində artımlar olacaq ki, bu da pensiyaya daha çox vəsaitin ayrılmasına gətirib çıxaracaq".

Digər Xəbərlər
Xəbər Lenti