COP29

"Sportinfo"nun gündəmi "zəbt edən" xəbəri AFFA tərəfindən TƏSDİQLƏNDİ

27 May 14:40 Gündəm 3 155
"Sportinfo"nun gündəmi "zəbt edən" xəbəri AFFA tərəfindən TƏSDİQLƏNDİ

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Milli assosiasiyanın rəsmi saytı xəbər yayıb ki, toplantıda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında, I-ci Liqa yarışlarında və AFFA Yüksək

Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul edilib.

Premyer Liqa yarışlarında iştirak etmək üçün "İmişli" və "Şamaxı"ya lisenziya verilib, “İrəvan”, “Qaradağ Lökbatan”, MOİK və “Zaqatala” lisenziya ala bilməyiblər.

I Liqa yarışlarında iştirak etmək üçün “Araz Saatlı”, “Baku Sportinq”, “Difai”, “Cəbrayıl”, “Füzuli”, “Karvan”, “Kür-Araz”, “Qaradağ Lökbatan”, “Mingəçevir”, MOİK, “Şahdağ Qusar” və “Zaqatala” lisenziya alıb. “Ağdaş”, “Dinamo” (Bakı), “Göygöl”, “İrəvan”, "Lerik", “Sheki City”, “Şəfa” və “Şəmkir” buna nail olmayıb.
Yüksək Qızlar Liqasında iştirak etmək üçün “Baku Juniors” və “Balxurma Bakalən”ə lisenziyaya sahib çıxıb. “Balxurma Bakalən” növbəti mövsümdən etibarən "Dirçəliş" adı ilə çıxış edəcək.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

Beləliklə, saytımızın bir neçə gün öncə, həmçinin bu gün yaydığı xəbərlər öz rəsmi təsdiqini tapdı. İndi qalır AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasını gözləmək.

Bu yığıncaq isə ən qısa tarixdə baş tutmalıdır. Orada konkret qərar veriləcək isə I Liqanın qarşıdakı mövsümündə hansı komandalar yarışacaq.

Əsas məsələ «İrəvan» ilə bağlı idi, artıq aydın oldu ki, sözügedən klub aşağı liqada qüvvəsini sınaya bilməyəcək. İK-nin yığıncağı əsasında yekun qərar açıqlanandan sonra pley-off oyunlarının vaxtı dəqiqləşəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!