COP29

PİS XƏBƏR: bu məhsul yenidən bahalaşa bilər - VİDEO

21 May 16:30 Gündəm 335
PİS XƏBƏR: bu məhsul yenidən bahalaşa bilər - VİDEO

Növbəti aylarda düyü yenidən bahalaşa bilər.

Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəlib.

Mövcud qiymət son 15 ildə ən yüksək göstərici kimi dəyərləndirilir.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, düyü ixracında əsas pay sahibi olan ölkələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar məhsuldarlığın xeyli aşağı düşməsi qiymətlərə mənfi təsir edən əsas amillərdən biridir:

"Dünya bazarının 40 faizini düyü ilə təmin edən Hindistanın ötən il ixraca qoyduğu məhdudiyyətin davam etməsi də qiymətlərə təsir edir".

Ekspert əlavə edib ki, qiymətlər dəyişdiyinə görə daxili bazarda yenidən bahalaşma olacağı proqnozlaşdırılır.

Bu ilin ilk üç ayında ölkəyə dəyəri 20 min dollardan çox, 20 min tona yaxın düyü idxal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalında 14%-ə yaxın azalma olsa da, məhsulun dəyəri 3,8 faiz artıb.

Ekspert qeyd edib ki, düyünün qiymətində ən yüksək artım ilin əvvəlində müşahidə edilib.

Ətraflı süjetdə:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"