COP29

Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək

17 May 17:30 Gündəm 288
Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasını keçirib.

Paşinyan iclasda bir sıra məsələlərdən, o cümlədən delimitasiya prosesindən danışıb. Paşinyan konkret olaraq deyib ki, Azərbaycanın bütün tələblərini yerinə yetirəcək.

Onun bu fikri Ermənistan müxalifəti tərəfindən qınanılır, teleqram kanallarında məsələ müzakirəyə çıxarılıb.

Lakin görünən budur ki, Paşinyan ermənilərin içərisində ən ağıllısıdır. Başa düşür ki, Ermənistanın gələcəyi, suverenliyi Azərbaycanla razılaşmadan asılıdır.

İclasda Paşinyan onu da bildirib ki, biz sərhədi mövcud reallıqlar əsasında çəkirik, yəni kimin ordusu hardadırsa, orada dayanır.

Onun çıxışı Kirants kimi kəndlərdə də etirazla qarşılanıb. Ancaq Paşinyan bildirib ki, sərhədin bəzi ərazilərində problemlər ola bilər. Həmin problemləri də dövlət olaraq həll edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"