COP29

Ramazanın sonuncu gününün duası - İmsak və iftar vaxtı

9 Aprel 02:30 Gündəm 343
Ramazanın sonuncu gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 30-cu günüdür.

Bu gün imsak vaxtı saat 04:42, iftar isə 19:28-dədir.

İmsak duası:

“Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Mühəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Qeyd edək ki, Ramazan bayramının namazı aprelin 10-da qılınacaq.

Allah orucunuzu qəbul etsin!

Digər Xəbərlər
Xəbər Lenti