Mahiri almaq istəyirlər

29 Avqust 2023 23:20 Gündəm 2 107
Mahiri almaq istəyirlər

Azərbaycan millisinin və "Dinamo"nun (Zaqreb) futbolçusu Mahir Emreli karyerasını Rusiyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Euro-Football" məlumat yayıb.

Qonşu ölkənin “Lokomotiv” (Moskva) klubu 26 yaşlı hücumçu ilə yaxından maraqlanır.

"Lokomotiv" fransalı hücumçusu Vilson İşidorla bağlı müsbət nəticə əldə etməsə, Mahi üçün Zaqreb təmsilçisinə rəsmi təklif göndərəcək.

Mahir 2022-ci ilin fevral ayında "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb. O, paytaxt klubunda 19 oyunda 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...