“Reyncers”in futbolçusu Azərbaycan millisi ilə oyuna çağırılacaq?

29 Avqust 2023 14:20 Gündəm 860
“Reyncers”in futbolçusu Azərbaycan millisi ilə oyuna çağırılacaq?

“Reyncers”шn futbolçusu Nikolas Raskin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyunda Belçikanın heyətində debüt edə bilər.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko 22 yaşlı yarımmüdafiəçiyə qarşıdakı matçlar üçün dəvət göndərməyi planlaşdırır.

Mütəxəssisi buna vadar edən əsas səbəb orta sahə ilə bağlı yaranan problemdir.

Məsələ burasındadır ki, aparıcı yarımmüdafiəçi Kevin De Bruyne zədədən əziyyət çəkir. Həmçinin Yuri Tilemans, Leander Dendonker, Çarlz De Keteler kimi oyunçular formadan uzaqdırlar.

Raskinin “Reyncers”in heyətində Çempionlar Liqasının təsnifat mərhələlərindəki çıxışı Tedeskonu məmnun edir.

F qrupu çərçivəsində sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika yığması bundan üç gün sonra Estoniyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...