“Qarabağ”ı yaxından maraqlandıran – Elə bu gecə…

28 Avqust 2023 19:20 Gündəm 1 020
“Qarabağ”ı yaxından maraqlandıran – Elə bu gecə…

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Sloveniya “Olimpiya”sının səfər proqramı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Lyublyana təmsilçisi bu gecə yola düşəcək.

Komandanı Bakıya gətirəcək təyyarənin saat 05:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enməsi planlaşdırılır. Sloveniya çempionu “Fairmont” hoteldə məskunlaşacaq.

Komandanı matçda dəstəkləmək üçün təxminən 15 azarkeşin gəlməsi gözlənilir.

Avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq. “Qarabağ” səfərdə reallaşan ilk matçda 2:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...