Qarabağdakı sülhməramlıların komandanı yenə dəyişdirilir

28 Avqust 2023 16:30 Gündəm 678
Qarabağdakı sülhməramlıların komandanı yenə dəyişdirilir

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların komandanı yenidən dəyişə bilər.

Bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Məlumata görə, sülhməramlıların yeni komandanı general-mayor Kirill Kulakov təyin ediləcək.

Qəzet yazır ki, rusiyalı sülhməramlı kontingentin hazırkı komandanı general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib.

A.Lentsov cari ilin aprel ayında bu vəzifəyə təyin olunmuşdu. Ondan əvvəl isə sülhməramlıların komandanı Andrey Volkov idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...