TƏCİLİ! Azərbaycanda yanacağın qiyməti artacaqmı? - VİDEO

22 Avqust 2023 13:30 Gündəm 1 014
TƏCİLİ! Azərbaycanda yanacağın qiyməti artacaqmı? - VİDEO

Dünyada dizel yanacağı ilə bağlı ciddi qıtlıq yaşanır.

Hazırkı ehtiyatların qış aylarında iqtisadiyyatın tələbatını ödəməyəcəyi bildirilir.

Təchizatla bağlı yaşanacaq hər hansı problem və ya dizel yanacağına tələbin gözlənilməz artımı enerji məhsulunun qiymətini kəskin artıra bilər. Neft emalı zavodlarının istehsalı azaltması da vəziyyəti bir qədər çətinləşdirib.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, mövcud vəziyyətdə Azərbaycanda dizelin qiymətinin bahalaşacağı inandırıcı görünmür.

Onun sözlərinə görə, istehsalatda və yükdaşımada mühüm rol oynayan bu yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir.

Ekspert bildirib ki, ölkədə kifayət qədər dizel yanacağının istehsal olunması da qiymətləri sabit saxlamağa kömək edə bilər.

Hazırda ölkədə dizel yancağının bir litri 80 qəpiyə satılır.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti