Premyer Liqaya yüksəldi, ilk seçimini Türkiyədə etdi

6 İyul 2023 23:40 Gündəm 1 024
Premyer Liqaya yüksəldi, ilk seçimini Türkiyədə etdi

Premyer Liqada iştirak imkanı qazanan "Araz Naxçıvan" təlim-məşq toplanışına Bakıda start verib.

Muxtar Respublika təmsilçisi hazırlığın ilk mərhələsini paytaxtda keçəcək və yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

İlk sınaq matçı iyulun 12-nə planlaşdırılıb. Rəqib "Turan Tovuz"dur.

Bu oyundan sonra komandanın Türkiyəyə yollanması planlaşdırılıb.

Baş məşqçi Azər Bağırov futbolçularını Ərzurumdakı yoldaşlıq görüşlərində iş başında görmək istəyir. Qardaş ölkədə azı üç oyun nəzərdə tutulub.

Sonradan ortaya hansısa problem çıxmasa, "Araz Naxçıvan" iyulun 13-də qardaş ölkə yollanıb, iyulun 28-də vətənə qayıdacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...