Tərlan Əhmədovun ayaq səsləri bu klubun qapısı ağzında eşidilir...

2 Avqust 2023 09:40 Gündəm 3 367
Tərlan Əhmədovun ayaq səsləri bu klubun qapısı ağzında eşidilir...

Ötən mövsümün sonunda “Kəpəz”dən uzaqlaşdırılan Tərlan Əhmədov işsiz günlərin daşını atmağa hazırlaşır.

Onun niyyəti tezliklə “Araz Naxçıvan”ın sükanı arxasına keçməkdir.

Gəncə təmsilçisini Premyer Liqada saxlayan mütəxəssis Muxtar Respublika klubunun nümayəndəsi ilə görüşüb.

Bölgə komandasının məqsədi avrokuboklara vəsiqə qazanmaqdır - Əhmədov bu məsuliyyətin altına girməyə çəkinmir.

Səkkiz ildən sonra Premyer Liqaya qayıdan “Araz Naxçıvan” yeni mövsümə Azər Bağırovla başlayacaq.

Ötən il komandanı I Liqanın çempionu edən mütəxəssislə müqavilənin müddəti yaxınlarda birillik uzadılıb.

Fəqət...

İyulun əvvəlində iş başına keçən rəhbərlik heç də onu tam dəstəkləmir. Yeni yönətimdə yer alanlar arasında Bağırovla bağlı fikir ayrılığı mövcuddur. əksəriyyət ona qısamüddətli şans verilməsini istəyir.

Və güman ki, belə də olacaq. Artıq əlimizdə xəbərlər var ki, gənc çalışdırıcının gələcək aqibəti Premyer Liqanın ilk 6-7 həftəsi ərzində müəyyənləşəcək.

Muxtar Respublika təmsilıçisi ilk turlarda ümidverici nəticələr əldə eləməsə, yəni, məğlubiyyətləri sıralasa, onunla əməkdaşlığa vaxtından tez son veriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti