Azərbaycanda bu dərmanların satışı qadağan olunur

19 İyul 2023 15:30 Gündəm 546
Azərbaycanda bu dərmanların satışı qadağan olunur

Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur.

Bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...