“Qarabağ”ın qonaqları - Nə azarkeşlər gəldi, nə də jurnalistlər

18 İyul 2023 17:40 Gündəm 1 046
“Qarabağ”ın qonaqları - Nə azarkeşlər gəldi, nə də jurnalistlər

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Linkoln” artıq Bakıdadır.

Sabah axşam Bakı Olimpiya Stadionunda “köhlən atlar”la qarşılaşacaq Cəbəllütariq çempionu iyulun 17-dən 18-nə keçən gecə paytaxtımıza təşrif buyurub.

Adətən, təmsilçilərimizin avrokubok matçları zamanı rəqib komandalar Bakıya tək gəlmir. Öz ölkələrindən olan azarkeşlər və jurnalistlər də səfərə yollanır.

“Linkoln”un bu baxımdan bəxti gətirməyib. Belə ki, Cəbəllütariqdən Bakıya klub və komanda üzvlərindən başqa heç kim səfər etməyib.

İyulun 11-də komandalar arasında baş tutan ilk görüşdə “Qarabağ” Redon Cica ilə Yassin Benzianın vurduğu qollarla 2:1 hesabı ilə qələbə qazanıb.

Cavab oyunu iyulun 19-u saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti