“Nə qədər ki Paşinyan hakimiyyətdədir, bu, belə də davam edəcək”

18 İyul 2023 19:30 Gündəm 701
“Nə qədər ki Paşinyan hakimiyyətdədir, bu, belə də davam edəcək”

"Qarabağ ermənilərinə münasibətdə müşahidə oluan “korluq” Ermənistanda da özünü göstərir və göstərəcək".

Bu sözlər Ermənistan parlamentinin deputatı, revanşist Tiqran Abramyan tərəfindən səslənib.

Abramyan Avropa Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirdiyi üçtərəfli görüşdən sonra verdiyi bəyanatı şərh edib.

Erməni deputat Şarl Mişelin üçtərəfli görüşdə hərbi əsirlər və səhvən tərəfini dəyişən əsgərlər məsələlərinin müzakirə olunması ilə bağlı sözlərinə də toxunub.

Revanşist siyasətçi həyasızlıqla Azərbaycan hərbçilərini Ermənistan ərazisində dinc sakinləri qətlə yetirməkdə suçlayıb.

“Beynəlxalq aktorların ədalətsiz və qəbuledilməz davranışı təkcə Qarabağ ermənilərinə deyil, həm də Ermənistana münasibətdə özünü göstərir. Nə qədər ki, Painyan hakimiyyətdədir bu belə də davam edəcək”, - deyə, Abramyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...