Debütantdan üçüncü transfer - Bosniyalı, 1 illik imza

18 İyul 2023 13:20 Gündəm 837
Debütantdan üçüncü transfer - Bosniyalı, 1 illik imza

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı Semir Bukviçlə anlaşıb.

1.88 sm boya malik 32 yaşlı qolkiperlə 1 mövsümlük müqavilə imzalanıb.

Semir Bukviç son olaraq ölkəsində “Sloboda Tuzla”nın formasını geyinib.

Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı yaşayıb.

Klub daha əvvəl legionerlərdən portuqaliyalı Nuno Migel və braziliyalı Vandersonla 1 illik sözləşmə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...