Baş məşqçi və 5 köməkçisi ilə 1 illik anlaşma əldə olundu

17 İyul 2023 14:50 Gündəm 910
Baş məşqçi və 5 köməkçisi ilə 1 illik anlaşma əldə olundu

Azərbaycan Premyer Liqasının 2023-2024-cü il mövsümündə iştirak edəcək “Araz-Naxçıvan”da məşqçilər korpusu müəyyənləşib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Azər Bağırovun 5 köməkçisi olacaq.

Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.

Baş məşqçi Azər Bağırov və köməkçiləri ilə bir illik müqavilə imzalanıb.

Azər Bağırov 2022-ci ilin yayından Naxçıvan təmsilçisini çalışdırır. Komanda onun rəhbərliyi ilə ötən mövsüm birinci divizionun qalibi olub və Premyer Liqaya yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...