“Görüləcək işlərin layihəsi təsdiqlənib, ola bilsin ki...”

17 İyul 2023 13:00 Gündəm 775
“Görüləcək işlərin layihəsi təsdiqlənib, ola bilsin ki...”

Premyer Liqada mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.

Komanda rəqiblərini oktyabra qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Bu haqda Sportinfo.az-a klubun icraçı direktoru Eldəniz Yusifov məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləridir:

“Burada yenidənqurma işləri yaxın günlərdə başlamalıdır. Təkcə meydança dəyişməyəcək.

Həmçinin işiqlandırma sistemi yenidən qurulacaq. Stadionun özündə başqa təmir tədbirlər də görüləcək.

Ora hərtərəfli baxış keçirilib və görüləcək işlərin layihəsi təsdiqlənib. Oktyabra kimi stadionda yenidənqurma başa çatmalıdır.

Ola bilsin, sentyabrın ortasında işlər qurtardı və komanda doğma şəhərə döndü. Hər halda buna ümid edirik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...