Xankəndidə çaşqınlıq: Bakı buna icazə verdi

17 İyul 2023 12:50 Gündəm 940
Xankəndidə çaşqınlıq: Bakı buna icazə verdi

Rəsmi Bakının növbəti humanitar addımı Xankəndidəki ermənilər arasında təəccüb və sevinclə qarşılanıb.

Bu barədə erməni mənbələri yazır.

İddia olunur ki, Azərbaycan tərəfi İrəvandan Xankəndiyə verilən qazı qismən bərpa edib. Qazın bərpasından sonra təzyiqlə bağlı vəziyyəti yoluma qoymaq üçün bir neçə saat tələb olunub.

Separatçılar qazı ilk olaraq yanacaqdoldurma məntəqələrinə yönləndiriblər.

Onlar qazın verilişinin nəyə görə bərpa olunduğunu anlamayıblar.

Azərbaycan erməni əsilli vətəndaşlarının normal həyata qayıtması üçün istənilən addımı atmağa hazır olduğunu daha əvvəl bəyan edib.

Lakin Xankədidəki terrorçu rejim buna mane olaraq yerli əhalidə Azərbaycana qarşı aqressiya yaratmağa çalışır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...