“Yurqorden”in azərbaycanlı futbolçusu Musa Qurbanlı İsveç çempionatının XV turunda “Malmö” ilə keçiriləcək oyunda iştirak etməyə bilər.
Sportinfo.az-n fotbollskanalen.se” saytına istinadən məlumatına görə, buna səbəb 21 yaşlı hücumçunun işçi vizasını hələ almamasıdır.
Qurbanlı və digər yeni transfer Feliks Va bu gün keçiriləcək qarşılaşmanın iştirak ərizəsinə salınsalar da, hər ikisi işçi icazəsini gözləyir.
Sənədlər gün ərzində çatdırılmasa, onlar qarşılaşmanın heyətindən çıxarılacaqlar.
“Yurqorden” - “Malmö” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

