Azərbaycanda çempion kluba torpaq sahəsi ayrıldı

16 İyul 2023 11:55 Gündəm 1 790
Azərbaycanda çempion kluba torpaq sahəsi ayrıldı

Region Liqasında son mövsümün çempionu olan “Qusar” inkişaf yolunda növbəti addım atıb.

Kluba təmsil etdiyi rayonun ərazisində torpaq sahəsi ayrılıb.

Qusarın giriş hissəsində yerləşən bir neşə hektar torpaq stadion və baza tikmək üçün nəzərdə tutulub.

Üç ildir fəaliyyət göstərən “Qusar” növbəti mövsüm II Liqada mübarizə aparacaq.

Şimal təmsilçisi stadion probleminə görə I Liqadan kənarda qalıb. Kamran Əlibabayevin çalışdırdığı komanda ev oyunlarını indiyədək Siyəzandə keçirib.

“Qusar” Region Liqasının Tovuzda keçirilən final qarşılaşmasında Zəngilan “Çinar”ına 2:0 hesabıyla qalib gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...