Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə və İspaniyada görüşü planlaşdırılır

16 İyul 2023 08:10 Gündəm 686
Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə və İspaniyada görüşü planlaşdırılır

"Azərbaycan və Ermənistan liderlərinin Aİ-nin vasitəçiliyi ilə növbəti görüşləri payızda Brüsseldə, həmçinin Avropa Siyasi Birliyi sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənilir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

O, tərəflərin suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, əlaqələr, humanitar tədarük, hüquq-təhlükəsizlik və nəhayət saxlanılanlarla bağlı müzakirə apardığını qeyd edib:

“Mən həmçinin Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsselə, həmçinin Qranadada növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Fransa və Almaniya liderlərinin iştirakı ilə beştərəfli görüşə dəvət etmək niyyətimi təkrarladım”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...