“Yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüş keçiriləcək”

14 İyul 2023 18:50 Gündəm 575
“Yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüş keçiriləcək”

Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.

Dövlət başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan da hökumətin bugünkü iclasında iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının Prezidenti Şarl Mişellə üçtərəfli görüşün keçiriləcəyini bildirib.

O qeyd edib ki, artıq iştirakını təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə mayın 25-i Moskvada görüşüblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...