Zaur Axundov Naxçıvan futboluna yeni nəfəs verəcək - VİDEO

13 İyul 2023 10:40 Gündəm 1 969
Zaur Axundov Naxçıvan futboluna yeni nəfəs verəcək - VİDEO

Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Araz-Naxçıvan"da çətin dövr arxada qalmaq üzrədir.

Belə ki, klubun ümumi yığıncağında Ramin Axundov prezident, Vüqar Abbasov Müşahidə Şurasının sədri seçilib.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, 2015-ci ildən sonra "Araz-Naxçıvan"nın Premyer Liqaya qayıdışı nə qədər azarkeşləri sevindiribsə, rəhbərliyin dəyişilməsi onlarda əlavə ruh yüksəkliyi yaratdı:

"Naxçıvan şəhərinin Premyer Liqada təmsil olunması çox müsbət haldır. Yeni rəhbərliyin gəlməsi son aylarda ciddi böhranda olanda kluba nəfəs verəcək.

Bu xüsusda Zaur Axundov adını çəkmək yetərlidir. Onun qardaşı Ramin Axundovun kluba sədr seçilməsi qarşıdakı periodda Naxçıvan futboluna çox ciddi dvidentlər gətirə bilər.

Çünki Zaur Axundov futbol təsərrüfatının illərdir içində olan şəxsdir. Onun rəhbərliyi altında "Keşlə" 2 dəfə ölkə kubokunun qalibi olub, Premyer Liqanı bürünc mükafatla başa vurub.

Klub Axundovun nəzarətindən çıxandan sonra "Keşlə" "Şamaxı" adı ilə əvəzləndi və ilk ilindəcə elitanı tərk etdi.

Hazırki komandanın baş məşqçisi Azər Bağırov da bir neçə il öncə "Keşlə"də çalışıb. Bu dəfə fərqli "Araz-Naxçıvan" izləyəcəyimizdən heç kimin şübhəsi olmasın.

Yeganə problem komandanın ev oyunlarını Naxçıvanda keçirə bilməməsidir. Həllini tapması ən vacib məsələlərdən biri də budur.

Biz "region klubları Premyer Liqada olmalıdır" dedikdə, yalnız adın turnir cədvəlində yazılmasını nəzərdə tutmamışıq.

Futbolun bölgə insanına gətirdiyi həyəcan, doğma divarlar arasında oynamaq fərqli hisslərdir".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti