
Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Araz-Naxçıvan"da klubdaxili toplantı keçirilib.
İclasda klubun yeni təsisçiləri (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 faiz) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 faiz) barədə məlumat çatdırılıb.
Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb.
Ramin Axundov “Araz-Naxçıvan"ın prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.
İdarə Heyətinin tərkibi
Ramin Axundov – Sədr/Prezident
Nurlan Həsənov
Ceyhun Məmmədov
İmran Kələşov
Müşahidə Şurasının tərkibi
Vüqar Abbasov – sədr
Orxan Hüseynov – sədr müavini
Taleh İbrahimov – üzv
Elxan Babayev – üzv
Rövnəq Xəlilov – üzv
Mahir Şıxəliyev – üzv
Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb.
O, 2008-ci ildən “Araz-Naxçıvan” futzal klubunun prezidentidir. Ramin Axundov Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.
“Araz Naxçıvan” buna kimi “Cahan Holdinq”in balansında idi. Vüqar Abbasovun klubu adında olan şirkətin tərkibinə keçirmişdi.
Təqribən 2 il öncə. Nə oldusa, ötən ilin sentyabr-oktyablarından sonra oldu.
Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verməsindən az keçmiş həm şirkətin, həm də “Araz Naxçıvan”ın gün-güzəranı dəyişdi.
Klubun təsisçilik payının bölüşdürüləməsindən bir daha aydın olur ki, V.Abbasov hissələrin 50 fazini AFFA-ya ötürüb. İndi isə o, Müşahidə Şureasının sədri kimi burada qalmaqdadır.
Əslində, bu da Zaur Axundovun ona jestidir. Futzal Federasiyasının prezidenti onun klub qarşısında keçmiş xidmətlərini nəzərə alaraq, belə bir addım atıb.
SPORTİNFO.AZ