İlham Əliyevlə Paşinyan yaxın zamanda Brüsseldə görüşəcək?

7 İyul 2023 07:20 Gündəm 592
İlham Əliyevlə Paşinyan yaxın zamanda Brüsseldə görüşəcək?

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında yaxın zamanda Brüsseldə görüşün keçiriləcəyi gözlənilir.

Bu barədə Nikol Paşinyan bildirib.

“Yaxın gələcəkdə Avropa Şurası sədrinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşüm planlaşdırılır”, - o deyib.

Azərbaycanla sülh müqaviləsinin mətninin imzalanmağa hazır olmadığını deyən hökumət başçısı müsbət irəliləyişlərin qeydə alınacağına ümidvar olduğunu bildirib.

Paşinyan, həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır.

Ermənistan və Azərbaycan liderləri sonuncu dəfə mayın 25-də Moskvada görüşüblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...