"Erməni silahlı birləşmələri Qarabağdan belə çıxarıla bilər"

6 İyul 2023 20:30 Gündəm 508
"Erməni silahlı birləşmələri Qarabağdan belə çıxarıla bilər"

"Təxminən 1 ildən çoxdur erməni silahlı birləşmələri Qarabağ ərazisində müxtəlif hərbi təyinatlı tədbirlər həyata keçirirlər: silahlanma, müdafiə xəttinin formalaşdırılması və s.

Eyni zamanda şərti Ermənistan-Azərbaycan sərhədində də bu proses davam edir".

Hərbi ekspert Ramil Məmmədli musavat.com-a açıqlamasında bildirdi ki, hərbi əməliyyatların, qarşıdurmaların olacağı gözlənilən idi.

Ramil Məmmədli:

O düşünür ki, Azərbaycan ordusunun növbəti həmlələri, əks-hücum əməliyyatları geniş anti-terror əməliyyatı ilə nəticələnəcək: "Qarşıdurmaların qarşısının alınması üçün Ermənistan 10 noyabr bəyannaməsinin 4-cü bəndinə riayət etməlidir. 44 günlük Vətən müharibəsində BMT-nin qətnamələri icra olunduğu kimi, Azərbaycan ordusu qarşı tərəfi bu bəndin icrasına məcbur etməlidir. Əks təqdirdə, proses uzun müddət həlledilməmiş qalacaq, erməni silahlı birləşmələri bölgəni tərk etməyəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti