Orxan Məmmədovdan Musa Qurbanlı transferinə XÜSUSİ REAKSİYA - FOTO

5 İyul 2023 23:00 Gündəm 2 783
Orxan Məmmədovdan Musa Qurbanlı transferinə XÜSUSİ REAKSİYA - FOTO

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov milli komandamızın hücumçusu Musa Qurbanlının "Yurqorden"ə keçidinə biganə qalmayıb.

Məmmədov özünün şəxsi Tvitter hesabından onun transferi ilə bağlı post paylaşıb:

"Qarabağ"ın və millimizin oyunçusu Musa Qurbanlının İsveçin "Yurqorden" klubuna transferi açıqlanıb. Transferin futbolumuz və oyunçumuz üçün xeyirli bərəkətli olacağına inanıram. Musaya Stokholmda futbolumuza layiqli təmsil edilməsi işində uğurlar arzu edirəm".

Xatırladaq ki, bu gün Azərbaycan milli komandasının üzvü ilə İsveç təmsilçisi arasında 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...