Talıbovlardan alınan brend bu klubun yeni sponsoru olacaq?

4 İyul 2023 14:40 Gündəm 1 846
Talıbovlardan alınan brend bu klubun yeni sponsoru olacaq?

Premyer Liqaya I Liqanın çempionu kimi gələn “Araz Naxçıvan” mövsümə yeni sponsorla başlayacaq.

Bu barədə Sportinfo.az-a Muxtar Respublika (MR) təmsilçisindən informasiya verilib.

Aldığımız məlumata görə, Vüqar Abbasovun klubu tərk etməsi dəqiqdir. “Cahan Holdinq”in sahibi artıq futbola vəsait ayırmaq iqtidarında olmaması barədə MR-nin rəsmi dairələrini bilgiləndirib.

Onlar da öz növbəsində “Araz Naxçıvan”ı başqa bir şirkətin himayəsinə vermək yönündə işlər görməyə başlayıb.

“Ağ-qırmızılar”a sahiblənməyə bir neçə namizəd var, onlardan biri də "Mineral Sular" MMC-dir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailəsinə məxsus olan daha bir şirkətin sahibi bugünlərdə dəyişib.

Talıbovlara məxsus olan "Badamlı Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Mineral Sular" MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb.

Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.

"Badamlı Mineral Sular" MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.

Məlumat üçün deyək ki, "Mineral Sular" MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən "Ləzzət Qida Sənaye" MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda "Sirab" şirkəti də bu quruma daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...