Erməni qorxuya düşüb: “Qarabağdakı rus sülhməramlıları heç bir işə yaramır”

4 İyul 2023 07:30 Gündəm 715
Erməni  qorxuya düşüb: “Qarabağdakı rus sülhməramlıları heç bir işə yaramır”

"Hətta Rusiya sülhməramlılarının mövcudluğu erməni tərəfinin Qarabağda həm insan, həm də ərazi itkiləri verməsinə mane olmayıb".

Bu sözləri Ermənistan parlamentində İnsan hüquqları və ictimai məsələlər daimi komissiyasının rəhbəri, müxalifətçi deputat Taqui Tovmasyan deyib.

“Həm ölənlərimiz, həm də yaralılarımız var. Fərruxda baş verənləri də unutmuruq. Bütün bunlar bir daha onu göstərir ki, Bakı Rusiya sülhməramlı qüvvələrinin mövcudluğundan çəkinmir”, - deyə Tovmasyan bildirib.

Tovmasyan hər kəsi həqiqətlə üzləşməyə və illüziyalara qapılmamağa çağırıb. “Düşünməməliyik ki, orada Rusiya nümayəndələri olarsa, o zaman müharibənin qarşısı alınar. Xeyr, bunun qarşısını almaq olmaz. O, qaçılmazdır. Rusların və onların sülhməramlılarının mövcudluğu Azərbaycanın imperiya (?!) ambisiyalarının qarşısını almağa qadir deyil. Ona görə də biz hər şeyə hazır olmalıyıq”, - deyə erməni deputat qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...