Qara buludları üzərindən qovan komanda ilə bağlı daha bir XƏBƏR

1 İyul 2023 14:40 Gündəm 1 242
Qara buludları üzərindən qovan komanda ilə bağlı daha bir XƏBƏR

Gələcəyi son ana kimi sual altında olan «Araz Naxçıvan» bu gün Premyer Liqanın hazırlığına başlayacaq.

I Liqanın çempionu məkan olaraq Bakını seçib.

Muxtar Respublika təmsilçisi Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında bir araya gələcək.

Azər Bağırov ötən mövsüm aşağı liqada çıxış etmiş komandadan 6-7 nəfəri düşərgədə saxlayıb. Yeni mövsüm çalışmaları məhz onların iştirakıyla start götürəcək.

Həmçinin bir neçə yerli oyunçu baxışa cəlb olunacaq. «Səbail»dən ayrılan Nihat Qurbanlı da onlardan biridir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...