Premyer Liqanın debütantı olan “Araz Naxçıvan”dan yeni xəbər var.
I Divizionun son çempionu sabah bir araya gələcək.
Ötən mövsüm komandanın formasını geyinmiş bir neçə futbolçu ilə əlaqə saxlanılıb və hazırlıq prosesində iştirakları istənilib.
Düzdür, məşqin keçiriləcəyi məkan hələ bəlli deyil, ancaq bildirilib ki, günün sonunadək onlara bu haqda məlumat veriləcək.
Hazırkı informasiya deməyə əsas verir ki, Muxtar Respublika təmsilçisi Premyer Liqada iştirak edəcək. Nə olur, olsun!
Və yəqin ki, klubun yeni sahibi də qısa zamanda bilinəcək. hər halda gedişat bundan xəbər verir.
Vüqar Abbasov “Araz Naxçıvan”ı maliyyələşdirməkdən imtina edib - bu informasiyanı biz artıq tirajlamışıq.
AFFA məsələyə kursdur və Muxtar Respublikanın rəhbərliyi ilə sıx təmasdadır. Debütantı ağuşuna alan problemlərin çözümü yolunda birgə addımlar atılacağı da saytımıza məlumdur.
SPORTİNFO.AZ

