Azərbaycanda bu şəxslərin maaşı sentyabrdan 35% ARTIRILACAQ - RƏSMİ

8 İyun 2023 13:50 Gündəm 985
Azərbaycanda bu şəxslərin maaşı sentyabrdan 35% ARTIRILACAQ - RƏSMİ

Bu ildən Azərbaycan dili və Ədəbiyyat fənni üzrə dərs deyən müəllimlər sertifikasiyada iştirak etməli olacaqlar.

Bu barədə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov danışıb.

Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi üçün 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib:

"Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iyunun 20-dən 24-dək keçiriləcək. Test imtahanından uğurla keçən müəllimlərin avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Müsahibə mərhələsində qaydalarda nəzərdə tutulan meyarlar üzrə müəllimlərin ünsiyyət bacarıqları, sinfin idarə olunması, digər meyarlar üzrə qiymətləndirmə aparılacaq.

Sentyabr ayından etibarən prosesdən uğurla keçən müəllimlərin əmək haqlarında müvafiq olaraq 10-35 faiz artımlar tətbiq ediləcək".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”