"Azərbaycanın Rusiya üçün dəyəri qalacaq"

8 İyun 2023 03:50 Gündəm 365
"Azərbaycanın Rusiya üçün dəyəri qalacaq"

“Rusiya-Ukrayna münaqişəsi kontekstində Cənubi Qafqaz Rusiya üçün Avropaya gedən tranzit yola çevrilib.

Cənubi Qafqaz dedikdə əsasən Azərbaycan və Ermənistanı nəzərdə tuturuq. Ermənistanın imkanları çox məhduddur,

Azərbaycanın timsalında coğrafi mövqeyinə görə imkanlar müqayisə olunmayacaq dərəcədə böyükdür. Beləliklə, Azərbaycanın Rusiya üçün dəyəri qalacaq”.

Bunu Ermənistanın Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan deyib.

“Rusiya-Ukrayna münaqişəsi davam edəcəyi, Azərbaycan Rusiya üçün tranzit ölkə olaraq qalacağı təqdirdə Qarabağ və Ermənistan ətrafında qeyri-müəyyənlik hakim olacaq”, - deyə erməni politoloq bildirib.

İskəndəryanın fikrincə, Rusiyanın regiondan çıxma ehtimalı azdır.

“Rusiya rəhbərliyində “Cənubi Qafqaza nə qədər pul, enerji, diqqət ayırsanız da, uğur qazana bilməyəcəksiniz, onsuz da nə Azərbaycan, nə də Ermənistan sona qədər “bizim” olmayacaq” deyənlər var. Amma onlar azlıqda qalıblar. Bizim regionda Rusiyanın təsiri tamamilə yox ola bilməz, bu, mümkün deyil. Hətta Rusiya istəməsə belə. Çünki Rusiyanın əvəzinə okean gəlməyəcək və o, müvafiq potensiala malik böyük ölkə olaraq mövcudluğunu saxlayacaq”, - deyə İskəndəryan qeyd edib.

Siyasi ekspertə görə, bütün bunlarla bərabər, Rusiyanın regionda təsirinin azalması göz qabağındadır ki, bu da Türkiyə faktoru ilə bağlıdır.

“44 günlük müharibədən əvvəl Türkiyənin bölgədə sadəcə mədəni və iqtisadi təmsilçiliyi var idi. Savaşdan sonra Türkiyə də strateji mənada bölgəyə daxil oldu və ruslar onlarla hesablaşmağa məcbur qaldı. Çünki Türkiyə Rusiya üçün son dərəcə əhəmiyyətlidir və Azərbaycandan daha vacibdir”, - deyə politoloq bildirib.

Digər Xəbərlər
Xəbər Lenti