“İyulda üçtərəfli formatda növbəti görüş keçiriləcək”

6 İyun 2023 08:20 Gündəm 805
“İyulda üçtərəfli formatda növbəti görüş keçiriləcək”

“Bilirsiniz ki, danışıqlarda Brüssel formatı mövcuddur. Bu format çərçivəsində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə liderləri arasında çoxsaylı görüşlər keçirilir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Moldovada “Avropa siyasi birliyi”nin Sammiti çərçivəsində baş tutan danışıqlar barədə də məlumat verən nazir bildirib:

“Görüşdə gündəlikdə olan məsələlər üzrə fikir mübadiləsi aparıldı. Görüşün nəticəsi olaraq iyul ayında üçtərəfli formatda növbəti görüşün və təmasların davam etdirilməsi barədə razılıq əldə edildi”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”