Kommunal xidmətlərdən qanunsuz yararlananlar həbs olunacaq? -

5 İyun 2023 15:50 Gündəm 759
Kommunal xidmətlərdən qanunsuz yararlananlar həbs olunacaq? -

Bəzi vətəndaşlar kommunal xidmətlərdən qanunsuz formada yararlanmağa çalışırlar.

Müvafiq qurumlar tərəfindən aparılan monitorinqlər nəticəsində qaz, su və elektrik sistemlərinə bu cür qeyri-qanuni qoşulma halları aşkarlanıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib ki, işin effektivliyini artırmaq məqsədilə yaradılan işçi qrupu həm regionlarda, həm də Bakı və Abşeronda 24 saat ərzində fəaliyyətini davam etdirir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, su şəbəkəsinə qanunsuz qoşulma hallarına əsasən Bakı ətrafı ərazilərdə - Sabunçuda, Suraxanı Bağlar massivi və Binəqədi rayonlarında rast gəlinir. Xüsusilə, rieltorlar tərəfindən tikilmiş evlərdə belə faktlar daha çox aşkarlanır.

Millət vəkili Nurlan Həsənov da “Xəbər Ertəsi”nə bildirib ki, Məsələ ilə bağlı qanun layihəsində artıq bir sıra dəyişikliklər edilib. Belə ki, kommunikasiya xətlərinə qanunsuz qoşulma hallarına qarşı cərimələr müəyyənləşib. Qaydaları pozanları hətta həbs cəzası da gözləyir.

Millət vəkili onu da qeyd edib ki, cərimə və ya həbs cəzasının tətbiqi dəymiş ziyanın həcminə və ağırlığına əsasən olaraq müəyyən olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”