"Qarabağdakı ermənilər çıxıb gedə bilərlər" - Erməni politoloq AÇIQLADI

5 İyun 2023 08:40 Gündəm 1 035
"Qarabağdakı ermənilər çıxıb gedə bilərlər" - Erməni politoloq AÇIQLADI

"Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” deyilən şey, əslində, onların çıxıb getməsi deməkdir".

Bu fikir erməni hüquq eksperti Vardan Poqosyana məxsusdur.

O, ABŞ Dövlət Departamentinin nümayəndəsinin “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi Azərbaycanın istədiyi şəkildə təmin edilməlidir” sözlərini xatırladıb.

“Ermənistan hakimiyyəti sadəcə olaraq ermənilərin Azərbaycan ərazisində yaşadıqlarını deyir, Bakını onların hüquqlarına hörmət etməyə çağırır, eyni zamanda guya hansısa beynəlxalq mexanizmlər üzərində düşünürlər. Lakin bu mexanizmlər mövcud deyil və üstəlik, rəsmi Bakı bunu qəbul etmir. Ermənistan hakimiyyəti isə onların əlinə belə bir bəhanə verib”, - deyə, erməni ekspert qeyd edib.

Poqosyana görə, Paşinyan adəti üzrə bir daha “Ermənistan hakimiyyətinin sona qədər mübarizə apardığını”, “lakin alınmadığını”, “ona görə də buna dözmək lazım olduğunu” söyləyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”