“Bu gün Moskvada iki sənəd imzalana bilər”

25 May 2023 12:30 Gündəm 929
“Bu gün Moskvada iki sənəd imzalana bilər”

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.

“Kommersant” görüş zamanı iki sənədin imzalana biləcəyini ehtimal edir.

Məlumata görə, sözügedən sənədlərin razılaşdırılması mayın 24-ü bütün gün ərzində davam etdirilib:

“Nəqliyyat kommunikasiyaları barədə olan sənədlərdən birini baş nazirlərin müavinləri, digərini isə 3 ölkənin Xarici İşlər Nazirlikləri hazırlayıb. İkinci sənədin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sayca beşinci birgə bəyanatı olduğu güman edilir”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"