"Ermənilər sülhməramlılara pul verib mal keçirir, qazanırlar”

1 Aprel 2023 12:30 Gündəm 223
"Ermənilər sülhməramlılara pul verib mal keçirir, qazanırlar”

“Qarabağda yolverilməz vəziyyət yaranıb.

Yüksək rütbəli vəzifəli məmurlarla əlaqəsi olan bir dəstə adam sülhməramlılarla razılaşaraq mal gətirir və böyük pullar qazanır”.

Bu sözləri Xankəndində qeyri-qanuni yaşayan milyarder, sabiq “dövlət naziri” kimi qələmə verilən separatçı Ruben Vardanyan bildirib.

Onun sözlərinə görə, həmin adamlar pul qazanmaq üçün Xankəndinə və Qarabağa qarpız və ya digər bu kimi ikinci dərəcli mallar gətirirlər.

Vardanyan deyib ki, bu bir dəstə işbaz üçün daha ir neçə yüz adam maaş müqabilində işləyir. Bir neçə min adam isə bu malları alır.

“Əgər dekabrda gündə 3 belə maşın keçirdisə, indi onların sayı 16-ya çatıb. Bu məhsullar hamı üçün əlçatan deyil”.

Digər Xəbərlər
Xəbər Lenti