Durum dəyişir: Ukrayna ordusu təşəbbüsü ələ keçirdi - Şok gəlişmə

8 Avqust 2022 17:30 Gündəm 1 079
Durum dəyişir: Ukrayna ordusu təşəbbüsü ələ keçirdi - Şok gəlişmə

İşğalçılar Rusiya-Ukrayna cəbhəsinin bütün xətti boyunca artilleriyadan fəal istifadə edirlər. Artilleriyanın dəstəyi ilə cənub-qərb və cənub istiqamətlərində Baxmuta doğru irəliləməyə, Ukrayna ordusunun mövqelərini Avdyevka, Piski və Maryinka istiqamətlərində sıxışdırmağa çalışırlar.

Bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.

Ekspert sözügedən istiqamətlərdə şiddətli taktiki döyüşlərin getdiyini bildirib: “Xarkova gəlincə, burada da taktiki döyüşlər gedir. Ruslar əks-hücuma keçən Ukraynanın bölmələrini sıxışdırmağa çalışırlar. Rusiya hərbçiləri Vovçansk və Kupyanskdan keçən logistik marşrutların təhlükəsizliyini təmin etməyə, bölmələrimiz isə dövlət sərhədinə çatmağa çalışırlar”.

Onun sözlərinə görə, bu döyüşlər fonunda Xarkov və ətraf rayonlarına aktiv artilleriya və raket hücumları həyata keçirilir. Ekspert hesab edir ki, rus qüvvələri Xarkovdan nə qədər uzaqlaşdırılsa, bu bölgəyə artilleriya zərbələri endirmək imkanları bir o qədər azalacaq.

Cənubdakı döyüşlərə gəlincə, Seleznyov deyib ki, rus qoşunları bu istiqamətdə yeni qüvvə və resurslar toplayırlar. Cəbhənin müxtəlif bölgələrindən, xüsusən də İzyumdakı bütün desant bölmələrini ora köçürüblər. Qüvvələrin hamısı Xerson və Novaya Kaxovkada cəmləşib. Bölgədə yerləşdirilən qüvvələrin yeni hücum əməliyyatlarına cəlb olunacağı bildirilir. Amma Seleznyova görə, əsas səylərin hansı istiqamətə yönələcəyi tam aydın deyil.

“Kəşfiyyatımız vəziyyəti izləyir. Amma düşmənin 30 döyüş tankı artıq Xerson istiqamətində yerləşdirilib, bəzi ehtiyat qüvvələr isə müvəqqəti işğal olunmuş Krımda toplanıb. Buna görə də hesab edirəm ki, ruslar yaxın bir neçə gün ərzində qüvvə və resurslar göndərərək, qruplaşmalarını gücləndirəcəklər”, - Seleznyov bildirib.

Ekspert Ukrayna ordusunun cəbhədəki vəziyyətdə strateji dəyişikliyin olduğunu, Ukrayna ordusunun təşəbbüsü ələ aldığını söyləyib. Seleznyovun sözlərinə görə, bu səbəbdən yaxın bir neçə gün ərzində Rusiya cənubda öz qruplaşmalarını formalaşdıracaq və əlavə ehtiyatlar yaradılacaq.

Ekspert Ukrayna ordusunun Rusiyanın yeni addımının qarşısını almaq üçün əks-hücuma keçəcəyini də istisna etməyib.

Digər Xəbərlər
Xəbər Lenti